İstehlakçı üçün hansı inflyasiya göstəricisi əsasdır? - İqtisadçı İZAH ETDİ

İqtisadiyyat 17 Oktyabr 2024 | 13:33
OXUNUB: 2808

"Rəsmi statistika üç inflyasiya göstəricisini açıqlayır: aylıq, illik və orta illik. Son açıqlanan statistikaya görə isə, Azərbaycanda aylıq inflyasiya 0,3%, illik inflyasiya 3,5%, orta illik inflyasiya 1,5% səviyyəsində elan edilib".

 

Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib.

 

Bəs bu göstəricilərin hansı daha vacibdir?

 

Ekspertin sözlərinə görə, istifadə məqsədlərindən, məlumatın istehlakçısından asılı olaraq hər üç göstərici önəmlidir:

 

“Lakin sadə vətəndaş üçün aylıq və illik inflyasiya göstəriciləri daha vacibdir. Çünki bizə istehlakçı olaraq lazım olan əsas məlumat budur: ötən ayla müqayisədə, eyni zamanda ötən ilin eyni ayı ilə müqayisədə qiymət artımı hesabına cibimdən izafi olaraq nə qədər çox pul çıxır? Orta illik inflyasiya göstəricisi daha çox "postfaktum" göstəricidir, yəni proses (yaxud dövr) bitəndən sonrakı vəziyyəti xarakterizə edir. Məsələn, sentyabr ayında açıqlanan 1,5 faizlik orta illik inflyasiya göstəricisi həm də bundan əvvəlki 8 ayın ortalamasını əks etdirir. Əgər məsələn, yanvar-aqvust ayında qiymətlər çox aşağı olubsa, sentyabrda sıçrayışlı artım qeydə alınıbsa, illik inflyasiyadan fərqli olaraq orta illik göstərici qiymət artımının real miqyasını dərhal göstərmir”.

 

R.Ağayev qeyd edib ki, orta göstərici "baza effekti"ndən asılıdır: “Yəni cari göstərici keçmiş dövrdəki yüksək və ya aşağı qiymətlərdən asılı olaraq hazırda yaşadığımız real mənzərəni göstərmir”.

 

Türkan 
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man