Rövşən Nəcəfdən bu məhsulun xarici bazarlara ixracı ilə bağlı AÇIQLAMA

İqtisadiyyat 20 Aprel 2022 | 16:46
OXUNUB: 849
Bu ilin birinci rübündə "SOCAR Karbamid” zavodunun xarici bazarlara ixrac həcmi 8 dəfə, dəyər isə 33 dəfə artıb.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf özünün "Facebook” səhifəsində yazıb.

"Bunun da Azərbaycanın xarici ticarət saldosuna müsbət təsiri 93 milyon ABŞ dolları təşkil edib", - R.Nəcəf bildirib.

Onun sözlərinə görə, "SOCAR Karbamid” zavodu tərəfindən daxili bazara 53,4 min ton karbamid satılıb:

"Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 224 % çoxdur".

Qeyd edək ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man