Azərbaycanlılar Türkiyədə mənzil alışını artırıb – RƏQƏMLƏR

İqtisadiyyat 15 Aprel 2022 | 14:57
OXUNUB: 1799
2022-ci ilin birinci rübündə Azərbaycan vətəndaşları Türkiyədə 297 ədəd mənzil alıb.

Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbər verir ki, birinci rübdə aylar üzrə ən çox mənzil martda satılıb. Azərbaycan vətəndaşları martda 115 ədəd, fevralda 93 ədəd, yanvarda 89 ədəd mənzil alışını həyata keçirib.

Ötən ilin birinci rübü ilə müqayisədə Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı mənzillərin sayı artıb. Ötən ilin yanvar-mart ayları ərzində 251 ədəd mənzil alındığı halda, bu il alınan mənzillərin sayı 46 ədəd artıb.  

Ümumilikdə birinci rübdə əcnəbilər Türkiyədə 14 491 ədəd mənzil alıb. Mənzillərin 2 256 ədədini İran, 1 887 ədədini İraq, 1 535 ədədini Rusiya vətəndaşları əldə edib.


Vasif
Sfera.az

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man