Bu il dekabrın 31-dək ət və toyuq məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənəcək.
Bu, Nazirlər Kabinetinin Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” qərarında əksini tapıb.
Həmin malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçiriləcək. Qərara əsasən, həmin məhsullar aşağıdakılardır:
- Diri iribuynuzlu mal-qara;
- Diri qoyunlar və keçilər;
- Təzə və ya soyudulmuş iribuynuzlu mal-qara əti;
- Dondurulmuş iribuynuzlu mal-qara əti;
- Təzə, soyudulmuş və ya dondurulmuş qoyun və ya keçi əti;
- Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, təzə və ya soyudulmuş əti;
- Ev toyuqlarının (Gallus domesticus) hissələrə ayrılmamış, dondurulmuş əti;
- Ev toyuqlarının (Gallus domesticus) təzə və ya soyudulmuş cəmdək hissələri və ətin əlavə məhsulları;
- Ev toyuqlarının (Gallus domesticus) dondurulmuş cəmdək hissələri və ətin əlavə məhsulları.
Bu qədər 2022-ci il dekabrın 31-nə qədər qüvvədə olacaq.