Yüksək faizlər xarici borcla bağlı xərcləri ARTIRACAQ

İqtisadiyyat 11 Yanvar 2022 | 15:52
OXUNUB: 1976
2022-ci ildə FED və Avropa Mərkəzi Bankı (AMB) tərəfindən faizlərin artırılması dollar və avroda dəyişkən dərəcə ilə borcalanların xərclərini artıracaq.

Sfera.az bildirir ki, Azərbaycanın da cəlb etdiyi xarici borcların bir hissəsi dəyişkən dərəcə ilə alınıb. Son məlumatlara görə, Azərbaycan dövlətinin 8,6 milyard dollar dəyərində xarici borcu var. Bu qədər borcun 37 faizi, yəni 3,2 milyard dolları dəyişkən dərəcə ilə cəlb edilib. Deməli, faizlərin artırılması borcun 37 faizinə xidmətlə bağlı xərcləri artıracaq.

Qeyd edək ki, son illərdə dəyişkən dərəcə ilə alınan borcların həcmi azalıb. 2017-cu ildə dəyişkən dərəcə ilə alınan borcların həcmi 4,9 milyard dollar, payı isə 53 faiz olduğu halda, son bir neçə ildə bu göstəricilərdə ciddi azalma var.

Buna görə də FED və AMB-nin faiz qərarları Azərbaycan dövlətinin xərclərini artırsa da, əvvəlki illərdə olduğu kimi xərclərdəki artım böyük olmayacaq.

Bununla belə qeyd edək ki, faiz dərəcələrinin kəskin artması dövlət büdcəsinin gəlirlərini də azaldacaq. Çünki faizlərin artırılması dövlət və özəl sektorlarda da xərcləri artırdığından bu, mənfəət vergisindən dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxaracaq.

Borc alınması sadəcə hökumət tərəfindən deyil, həm də digər dövlət şirkətləri və bəzi özəl qurumlar tərəfindən aparılıb. Bu səbəbdən onların faiz xərclərinin artması gəlirlərinin azalmasına səbəb olacaq.

Vasif
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man