Azərbaycanda pul bazası bir aya 25 faizdən çox ARTDI

İqtisadiyyat 11 Yanvar 2022 | 13:31
OXUNUB: 1012
Ötən ilin dekabrında manatla pul bazasının həcmi 3,658 milyard manat və ya 25,6 faiz artıb.
 
Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, artımdan sonra bazanın həcmi 17,938 milyard manata yüksəlib.

2021-ci il ərzində isə pul bazasının həcmi 4,376 milyard manat (32,3 faiz) artıb.

Qeyd edək ki, pul bazası pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsidir. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Pul bazası pul kütləsinin aktiv hissəsi olduğundan onun həcminin artması bazarlarda tələbin artmasına, bu dəyişiklik isə qiymət artımlarına səbəb olur. Ötən ilin son ayında və bu ilin yanvarında qiymətlərin sürətlə artmasının əsas səbəbi məhz pul bazasının həcminin kəskin artmasıdır.

Buna görə də Mərkəzi Bank qiymət artımlarını zəiflətmək üçün növbəti aylarda bazanın həcminin azaldılması üçün tədbirlər görəcək.

Vasif
Sfera.az

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man