Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1 174 dollar həddini keçib.
Sfera.az xəbər verir ki, Niderlandın TTF habında təbii qazın yanvar fyuçersləri 1 170 dollar ətrafında alınıb-satılır.
Səhər saatlarında təbii qaz Avropa birjalarında ötən günlə müqayisədə 7 faiz bahalaşıb.
Xatırladaq ki, Avropada təbii qaz qiymətlərinin artması sentyabrın əvvəllərindən etibarən başlayıb. Avqustun sonunda təbii qazın min kubmetri 590 avro olsa da, oktyabrın əvvəllərində bu rəqəm 1 957 avro səviyyəsinə çatmışdı.