Şahdəniz layihəsində “Lukoil”in payı artdı

İqtisadiyyat 07 Oktyabr 2021 | 20:21
OXUNUB: 2611
Rusiyanın "Lukoil” neft şirkəti Xəzərdəki Şahdəniz qaz layihəsində "Petronas” şirkətinə məxsus 15,5 faizlik payı 2,25 milyard ABŞ dollarına satın alıb.

Sfera.az xəbər verir ki, Rusiya şirkəti bununla bağlı müvafiq müqavilə imzaladıqlarını açıqlayıb.

Bununla da "Lukoil”in layihədəki payı 10 faizdən 25,5 faizədək artacaq. Sövdələşmənin tamamlanması üçün SOCAR ilə razılaşdırılmış əlavə şərtləri yerinə yetirmək zəruridir.

"Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib ki, "Şahdəniz" layihəsində onların payının artması ilə hər iki ölkənin iqtisadiyyatındakı perspektivli sahələrin inkişafı daha da sürətlənəcək: "Ötən 25 ilə yaxın müddət ərzində "Lukoil” bizim üçün strateji əhəmiyyət daşıyan Xəzər regionunda böyük iş təcrübəsi toplayıb, ciddi hasilat və nəqliyyat infrastrukturu qura bilib. Qabaqcıl beynəlxalq layihələrin icrasında bizə bu cür etimad göstərilməsinə sevinirik”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man