Pambığın qiyməti geyimlərin bahalaşmasına səbəb olur

İqtisadiyyat 28 Sentyabr 2021 | 15:34
OXUNUB: 1247
Dünyada pambığın qiymətinin son illərin ən yüksək səviyyəsinə yüksəlməsi pambıqdan hazırlanan parçaların və geyim əşyalarının bahalaşmasına səbəb olur. 

Hazırda pambığın bir tonu 2 min dollardan baha satılır. Mövcud qiymət bir il əvvəlki qiymətdən 50 faizdən yüksəkdir. Pambığın qiymətində belə yüksək səviyyə sonuncu dəfə 2011-ci ildə qeydə alınıb.

Sfera.az bildirir ki, pambığın qiymətinin xeyli yüksəlməsi pambıq parçaların və ondan hazırlanan geyim əşyalarının da bahalaşmasını şərtləndirib. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin avqustunda pambıq parça (çit) ötən ilin avqustuna nisbətən 14 faizdən çox bahalaşıb. Ötən ilin avqustunda bir kvadrat metri 2,9 manat olan pambıq parça hazırda 3,3 manatdır. 

Parçaların bahalaşması kişi və qadınlar üçün geyim əşyalarının dəyərinin artmasına səbəb olub. Geyim əşyalarının qiyməti çeşidinə görə 10-20 faiz səviyyəsində artıb.

Vasif
Sfera.az




Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man