“Azərbaycan da bu yolu getməlidir, əks təqdirdə...” – TƏHLİL

İqtisadiyyat 19 Avqust 2021 | 15:28
OXUNUB: 909
Azərbaycanın ixracında emal sənayesi məhsullarının payı olduqca azdır. Son illərdə ixracın əmtəə strukturunda müəyyən dəyişikliklər olsa da, emal sənayesi məhsullarının ixrac göstəricilərində ciddi dəyişiklik olmayıb. Hazırda da ölkəmiz xammal ixracatçısı kimi tanınır. 

Sfera.az bildirir ki, bu ilin ilk 7 ayında Azərbaycan 11,39 milyard dollar dəyərində ixrac həyata keçirib. Bunun 10,14 milyard dolları və ya 89 faizi xammaldan ibarət olub. İxracda emal sənayesi məhsullarının dəyəri 1,25 milyard dollar təşkil edib. 

Azərbaycanın qarşısında dayanan əsas iqtisadi hədəflərdən biri qeyri-neft məhsullarının ixracının artırılması və xarici bazarların şaxələndirilməsidir. Qeyri-neft məhsullarının ixracının artırılması ölkə iqtisadiyyatının neft və qaz gəlirlərindən asılılığını azaltmaqla bərabər, həm də gəlirin artımına, xarici şoklardan qorunmağa imkan yaradar. 

İxracı, xammala asaslanmaqla davamlı artırmaq mümkün deyil. Xammal satan ölkələr ixracda artıma müəyyən mərhələyə qədər nail ola bilir, sonrakı artım imkanlarını təmin etmək mümkün olmur. İxracı artırmağa çalışan bütün ölkələr emal sənayesi sahələrinə xüsusi diqqət ayırır, ölkədə bu cür müəssisələrin sayının, işinin keyfiyyətinin artırılmasına çalışır. Emal sektoru inkişaf edən ölkələrdə ixracla bərabər idxalın strukturu da yaxşılaşır. Ölkəyə gündəlik istehlak mallarının idxalı azalır, idxalda əsas üstünlük xammala və investisiya məqsədilə alınan mal və avadanlıqlara keçir. 

Azərbaycanda emal sənayesi üzrə ixracın həcminin artırılması üçün hökumət müxtəlif tədbirlər görür. Bu istiqamətdə atılan ən güclü addım xüsusi zonaların yaradılması və bu zonalarda fəaliyyət göstərəcək müssisələrə vergi və gömrük güzəştlərindən istifadə imkanının yaradılmasıdır. 

Vergi və gömrük güzəştlərinin verilməsində məqsəd istehsal edilən məhsulun maya dəyərinin ucuz olmasına və beləliklə onun satışının artırılmasına nail olmaqdır. Lakin yalnız bu cür tədbirlərlə və ya ucuz məhsul istehsal etməklə emal sənayesi məhsullarının ixracını sürətlə artırmaq mümkün deyil. Böyük ixrac nəticələrinə nail olan inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, emal məhsullarının ixracının artırılması rəqabətədavamlı məhsul istehsalının təşkilindən asılıdır.  Rəqabətədavamlı məhsul, sadəcə ucuz yox, həm də keyfiyyətli və hamı tərəfindən tanınan məhsuldur. Başqa sözlə, rəqabətədavamlı məhsul yüksək marka dəyəri olan məhsuldur. 

Azərbaycan hökuməti yüksək marka dəyəri olan məhsulların istehsalının təşkilini təmin etməlidir. Bu məqsədlə həmin məhsulların sahibi olan şirkətlərlə əməkdaşlıq genişləndirilməli və onlar tərəfindən istehsal sahələrinin yaradılmasına, idarə edilməsinə nail olunmalıdır. 

Böyük şirkətlərlə əməkdaşlıq həm yeni texnologiyaların əldə edilməsinə, ixtisaslı kadrların hazırlanmasına imkan yaradır, həm də xarici bazarlara çıxışı asanlaşdırır. 
Azərbaycan da bu yolu getməlidir. Əks təqdirdə ölkəmiz hələ uzun müddət xammal ixrac edən ölkə olaraq qalacaq. 

Vasif
Sfera.az


 







Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man