Dövlət büdcəsinin qeyri-neft gəlirləri 650 milyon manat artıb

İqtisadiyyat 11 Avqust 2021 | 13:51
OXUNUB: 1226
Bu ilin birinci yarısında dövlət büdcəsinin gəlirlərində proqnozun əksinə olaraq qeyri-neft sektorunun payı neft sektorunun payından yüksək olub. 

Sfera.az bildirir ki, proqnoza əsasən büdcə gəlirləri 12,177 milyard manat, o cümlədən neft sektoru üzrə 6,905 milyard manat, qeyri-neft sektoru üzrə 5,272 milyard manat gəlir olmalıydı. Faktiki icra proqnozdan fərqlənib. Büdcə gəlirləri 11,755 milyard manat təşkil edib ki, bunun da 5,863 milyard manatı neft sektorunun, 5,892 milyard manatı qeyri-neft sektorunun payına düşüb. 

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin neft gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz və ya 917,9 milyon manat azalıb. 

2021-ci ilin I yarımilliyində dövlət büdcəsinin neft gəlirlərinin proqnoza və ötən ilin 6 ayına nisbətən az daxilolmasının əsas səbəbi Dövlət Neft Fondundan transfertin proqnoza nisbətən 1,4033 milyard manat və ötən ilin I yarımilliyi ilə müqayisədə isə 978,3 milyon manat az olması ilə əlaqədardır. Cari ilin I yarımilliyində Dövlət Vergi Xidmətinin xətti ilə neft sektoru üzrə daxilolmalar 1,1668 milyard manat olub ki, bu da proqnoza nisbətən 361,5 milyon manat (44,9 faiz), ötən ilin müvafiq dövrünə nisbətən isə 60,4 milyon manat (5,5 faiz) çoxdur. Artım əsasən cari ilin 6 ayı ərzində "Azeri light” markalı xam neftin bir barelinin dünya bazarında orta satış qiymətinin 65,2 ABŞ dolları və ya dövlət büdcəsinin hesablanması zamanı nəzərdə tutulduğundan 25,2 ABŞ dolları çox olması ilə əlaqədardır.

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin qeyri-neft gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz və ya 650,2 milyon manat artıb.

Vasif
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man