Ukrayna taxıl istehsalını və ixracını artıracaq

İqtisadiyyat 06 Avqust 2021 | 15:22
OXUNUB: 1033
2021-ci ildə Ukrayna taxıl istehsalını 75,8 milyon tona çatdırmaq istəyir.
 
Sfera.az bildirir ki, ötən il Ukraynada taxıl istehsalı 65 milyon ton olub.
 
Cari dövrdə ölkədə taxıl əkilən sahələrin 46 faizində biçin işi həyata keçirilib. Biçin aparılan sahələrdən 32,2 milyon ton taxıl toplanıb. Toplanan taxılın 23,4 milyon tonu buğda, 8,05 milyon tonu arpadır.
 
Biçilməyən sahələrdən qarğıdalı yığımı daha çox olacaq. Yekunda Ukraynada 30,3 milyon ton qarğıdalı, 24,9 milyon ton buğda və 7,8 milyon ton arpa toplanacaq.

Qeyd edək ki, Ukrayna dünyanın əsas taxıl istehsalçılarından və ixracatçılarından biridir. Azərbaycan da bu ölkədən müəyyən qədər taxıl alır. Ukraynanın taxıl istehsalını artırması ixraca daha çox məhsul yönəltməyə imkan verəcək.
 
Bu ölkə artıq 1,25 milyon ton buğda, 1,31 milyon ton arpa və 1,05 milyon ton qarğıdalı ixrac edib.
 
Vasif
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man