Dollar iki aydır bahalaşır

İqtisadiyyat 20 İyul 2021 | 11:35
OXUNUB: 840
ABŞ dollarının dünya səviyyəsində ortaq məzənnəsini ifadə edən Dollar İndeksində yüksəliş ikinci aydır ki, davam edir.

 

 

Sfera.az bildirir ki, mayın 25-də 89,6 olan indeks hazırda 93 səviyyəsinə çatıb. İki ayda dollarda bahalaşma 3,8 faiz olub.

 

 

 

Qlobal miqyasda dollar bahalaşsa da, Azərbaycanda dollar/manat kursunda dəyişiklik yoxdur. Bunun səbəbi məzənnənin Mərkəzi Bank tərəfindən tənzimlənməsidir.

 

 

 

Amma dolların bahalaşması səbəbindən digər valyutaların manata nisbətən məzənnəsinin ucuzlaşması müşahidə edilir. Məsələn, hazırda bir avro 2,007 manatdır. İki ay əvvəl isə avro/manat kursu 2,08 idi. Ötən dövrdə avronun manata nisbətən məzənnəsi 3,5 faiz ucuzlaşıb.

 

 

 

Dolların qlobal miqyasda bahalaşması proqnozlaşdırılırdı. Çünki ABŞ-da iqtisadi artım gözləniləndən daha sürətlə gedir, eyni zamanda inflyasiya səviyyəsi nəzərdə tutulan həddən (2 faiz) yüksəkdir. Bu vəziyyətdə ABŞ mərkəzi bankının yumşaq pul siyasətini dayandıracağı və tədricən faizləri artıracağı ehtimal edilir. Ehtimalların güclənməsi dolların da məzənnə dəyərinin yüksəlməsinə səbəb olur.

 

 

 

Vasif

Sfera.az

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man