Türk şirkətləri Azərbaycanda 543 milyon dollarlıq iş icra ediblər

İqtisadiyyat 12 İyul 2021 | 11:25
OXUNUB: 860
2021-ci ilin 6 ayı ərzində Türkiyənin podratçı (iş icra edən) şirkətləri Azərbaycanda 543 milyon dollar dəyərində iş icra ediblər.
 
Sfera.az "Bloomberg” saytına istinadən xəbər verir ki, türk şirkətlərinin ən çox iş icra etdiyi ölkələr arasında Azərbaycan 4-cü sırada yer alıb. İlk yerlərdə Zambiya (1,3 milyard dollar), Sloveniya (748 milyon dollar), Qazaxıstan (674 milyon dollar), Azərbaycan və Rusiya (405 milyon dollar) olub.
 
Ümumilikdə, türk podratçı şirkətləri ölkə xaricində 20 milyard dollarlıq iş icra etməyə dair müqavilə bağlayıblar. Bunun 6,5 milyard dollarını ilk 6 ay ərzində icra ediblər.
 
1972-ci ildən bəri isə türk şirkətlərinin icra etdiyi işlərin dəyəri 428 milyar dollara çatıb.
 
Vasif
 
 
 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man