Bu
il inflyasiya səviyyəsi əvvəlki illərə nisbətən yüksək olsa da qiymət
artımlarının hədəflənən diapozonda qalacağı ehtimal edilir.
Sfera.az Mərkəzi
Banka istinadən xəbər verir ki, 2021-ci ildə illik inflyasiya tempi 2-6 faiz
diapozonunda proqnozlaşdırılır. Rəsmi statistikaya görə mayda illik bahalaşma 4,9%
təşkil edib.
Bu
il inflyasiyanın başlıca mənbəyi ərzaq qiymətlərindəki artım olub. İllik ərzaq
inflyasiyası 5,2%-ə yüksəlib. Amma son illərdə ilk dəfə olaraq qeyri-ərzq və
pullu xidmətlərin də dəyərində artımın güclənməsi müşahidə olunur. İllik əsasda
mayda qiymətlər qeyri-ərzaq məhsulları üzrə 4,4%, xidmətlər üzrə 4,8% yüksəlib.
Beləliklə, illik inflyasiyanın strukturunda qeyri-ərzaq məhsulları və
xidmətlərin qiymət dəyişiminin rolu artıb.
Qiymət
artımlarına inflyasiya gözləntiləridə də öz təsirini göstərir. Real sektor üzrə
monitorinqə görə qeyri-neft sənayesi, ticarət və tikintidə qiymət gözləntiləri
indeksi artıq 3-cü aydır ki, pozitiv zonada qərarlaşıb. İnflyasiya gözləntiləri
mayda əvvəlki aya nəzərən qeyri-neft sənayesində, ticarətdə və xidmət
sektorunda cüzi azalıb, tikinti sektorunda isə artıb.
İyunda
yenilənmiş proqnozlara görə 2021-ci ilin sonuna illik inflyasiya hədəf
diapazonunda qalacaq.
Vasif
Sfera.az