Karantin rejiminin tətbiqinə başlandıqdan sonra ilk dəfə iqtisadi artım qeydə alındı – Azərbaycanda

İqtisadiyyat 10 İyun 2021 | 15:22
OXUNUB: 2033
"Pandemiya səbəbindən karantin rejimin tətbiqinə başlanıldıqdan sonra ilk dəfə olaraq Azərbaycanda iqtisadi artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 5 ayında 31 milyard 532 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur”.

Sfera.az-ın məlumatına görə, bunu deputat, iqtisadçı Vüqar Bayramov deyib.
 
O bildirib ki, pandemiyanın təsirlərindən ötən il Azərbaycanda ÜDM istehsalı 4.3 faiz azalmışdı:

"Bu ilin ilk ayında isə iqtisadiyyatımız 2.5, ilk 2 ayında 3.2, birinci rübdə 1.3 və nəhayət yanvar-aprel aylarında 0.2 faiz azalmışdı. Ötən ildən başlanan azalma tempi may ayının yekunlarında artım ilə əvəz olunub. Bu ilin ilk 5 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artıb. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi həmçinin bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və bir sıra yumşalmalara gedilməsi ilə bağlıdır.Bu gündən isə iqtisadiyyatda yeni açlımlar tətbiq olundu. Xüsusən də, turizm və ticarət sektorlarında iqtisadi aktivliyin yüksələcəyi gözlənilir”.

Millət vəkilinin sözlərinə görə, vaksinasiya prosesini sürətləndirən və virus sayını lokallaşdıra bilən ölkələrlə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu real sektordakı canlanmaya xüsusi təkan verə bilər: "Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı,  həmçinin məşğulluğun təmini baxımdan vacibdir. Bu kontekstdən yoluxma sayının azalması davam edərsə, real sektordakı digər məhdudiyyətlərin də mərhələli şəkildə aradan qaldırılacağı istisna edilmir”.
 
Günay
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man