Azərbaycanda iqtisadi artım bərpa olunacaq – İlin ortasından başlayaraq...

İqtisadiyyat 27 May 2021 | 16:02
OXUNUB: 2069
"COVİD-19 pandemiyasının təsiri ilə Azərbaycanda yaranan iqtisadi resesiya dayanıb, ilin ortasından iqtisadi artım bərpa olunacaq”. 

Sfera.az xəbər verir ki, bu fikirləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sahibkarlarla görüşü zamanı bildirib.

V.Qasımlı deyib ki, bu ilin ilk 4 ayında qeyri-neft sənayesi 16,5 faiz, kənd təsərrüfatı 2,3 faiz, pərakəndə ticarət 0,1 faiz və informasiya və rabitə xidmətləri 3,8 faiz artım göstərib: 

"Bundan sonrakı müddətdə turizm, nəqliyyat, ictimai iaşə, tikinti və s. sahələrdə də iqtisadi artımın bərpa edilməsi üçün fəaliyyətlər göstərilir. Azərbaycanda fiskal və monetar siyasət, biznes mühitinin təkmilləşdirilməsi, xarici bazarlara çıxış, insan kapitalının inkişafı, korporativ idarəetmə, maliyyəyə çıxış, dövlət satınalmaları, vergi-gömrük inzibatçılığının sadələşdirilməsi istiqamətində aparılan işlər iqtisadi artımı sürətləndirməyə hesablanıb. Qarabağın işğaldan azad edilməsi və regional kommunikasiyaların açılması perspektivi iqtisadi inkişafımız üçün əlavə imkanlar yaradıb. Dövlət-özəl dialoqu davamlı şəkildə iqtisadiyyatın əsas çağırışlarının müəyyən edilməsi və problemlərin həll edilməsində əməkdaşlıq üçün əhəmiyyət kəsb edir. Sahibkarların təşkilatlanması, yeni biznes modelin və biznes mədəniyyətin formalaşması, rəqəmsal həllərin və yaşıl inkişaf prinsiplərinin tətbiqi iqtisadi inkişafda mühüm rol oynayır”.

Xatırladaq ki, Azərbaycan iqtisadiyyatı tənəzzülə 2020-ci ilin yanvar-may dövründən daxil olub. Artıq həmin dövrdən bir il ötür və qeyri neft-qaz sektoru tənəzzüldən çıxsa da, ümumi iqtisadiyyat tənəzzüldən çıxmayıb. Buna səbəb neft-qaz sektorunda geriləmənin böyük olmasıdır. 2021-ci ilin ilk 4 ayının məlumatına əsasən, iqtisadi tənəzzül 0,2 faiz, neft-qaz sektorunda 8 faizdən çox olub. Bu dövrdə qeyri neft-qaz sahələrində 4,1 faiz inkişaf baş verib. Qeyri neft-qaz sahələrindəki böyümə neft-qaz sahələrindəki tənəzzülü kompensasiya edə bilməyib. 

Dinamika göstərir ki, 2021-ci ilin yanvar-may dövründə ümumi iqtisadiyyatda artım qeydə alınacaq. Çünki ümumi iqtisadiyyatda tənəzzülün ardan qalxmamasına maneə yaradan neft-qaz sektorunda istehsal həcmi artacaq. "OPEC+” çərçivəsində əldə edilən razılaşmaya əsasən mayda gündəlik hasilat 8 min barel artırılacaq. 

İyunda daha 7 min, iyulda isə əlavə olaraq 10 min barel artım proqnozlaşdırılır. Aprellə müqayisədə iyulda gündəlik neft hasilatı 25 min barel artırılmış olacaq. 

Neft hasilatının artırılması ilə paralel olaraq qaz hasilatında da artım nəzərdə tutulub. Hər iki xammalın hasilatının artması neft-qaz sektoru üzrə dərin tənəzzülün yavaşlamasına, ümumən isə iqtisadiyyatın tənəzzüldən çıxmasına səbəb olacaq. 

Beləliklə, 2021-ci ilin may ayında birillik fasilədən sonra Azərbaycan iqtisadiyyatında yenidən inkişaf əlamətlərini görəcəyik. Karantinin yumşaldılması ilə iqtisadi artımın ilin ikinci yarısında daha da artacağı ehtimalı böyükdür.

Vasif
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man