Vaksinasiya sənədini gətir, “Kontakt Home”dan XÜSUSİ ŞƏRTLƏRLƏ KREDİT AL

İqtisadiyyat 19 May 2021 | 13:51
OXUNUB: 2081
"Kontakt Home” sağlam həyat tərzinin təbliği və insanları COVID-19 xəstəliyi ilə birgə mübarizəyə çağırmaq məqsədilə "VaksinAksiya” kampaniyasına başlayıb. Kampaniya çərçivəsində vaksinasiyadan keçmiş hər kəs mayın 31-dək "Kontakt Home” mağazalarında müvafiq sənədi təqdim etməklə bütün məişət texnikasını və televizorları ilkin ödənişsiz və komissiyasız, tam 18 ay faizsiz şərtlərlə əldə edə biləcək.

Kampaniya vaksinasiyanın 1-ci mərhələsindən keçmiş hər kəsə şamil olunur. Təklifdən yararlanmaq üçün vaksinasiya zamanı verilən sənədi yaxud e-TƏBİB mobil tətbiqində COVID passport (peyvənd sertifikatı) bölməsində yerləşən elektron sənədi, həmçinin şəxsiyyətini təsdiq edən sənədi mağazada alış zamanı təqdim etmək kifayətdir.

Cəmiyyət qarşısındakı sosial öhdəliyini anlayan "Kontakt Home” TƏBİB-ə könüllü müraciət edərək, öz əməkdaşlarına COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunmasına da köməklik göstərib. Eyni zamanda şəbəkə hər kəsi kütləvi immunitetin yaranması üçün vaksinasiya olunmağa çağırır!

Qeyd edək ki, 2 milyondan çox müştəriyə xidmət edən və ölkənin ən böyük satış şəbəkələrindən olan "Kontakt Home” Samsung, LG, Bosch kimi 30-dan çox dünya brendinin rəsmi, Dyson, Toshiba, Electrolux, WHAL, Black&Decker, Hoffmann kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distributoru, Apple brendinin isə rəsmi satış mərkəzidir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man