Azərbaycanda kreditlərin neçə faizi istehlak üçün verilir?

İqtisadiyyat 05 May 2021 | 14:53
OXUNUB: 3627
Azərbaycanda istehlak kreditlərinin payının azalması müşahidə edilir. Son illərdə istehlak kreditlərinin payının yüksəlməsi əsas gətirilərək, müəyyən preventiv tədbirlər hesabına bu cür kreditlərin həcmi azaldılır. Mərkəzi Bankın məlumatına əsasən, 2019-cu ilin sonunda istehlak kreditlərinin həcmi 4,075 milyard manatdan 2021-ci ilin aprelin 1-də 3,68 milyard manata düşüb. Müqayisə edilən dövrdə istehlak kreditlərinin həcmi 9,7 faiz azalıb, cəmi kreditlərdə payı isə 27,34 faizdən 25,64 faizə enib.

Bəs, istehlak kreditlərinin hazırkı payını yüksək hesab etmək olarmı?

 

 

Sfera.az bildirir ki, dünyada istehlak kreditlərinin yükək həddi ilə bağlı dəqiq standart yoxdur. Bununla belə Avropa Birliyi ölkələrində istehlak kreditlərinin həcmi cəmi kreditlərin 40 faizindən, ABŞ-da 50 faizdən, Yaponiya və digər uzaq Asiya ölkələrində 25 faizdən çox olduqda riskli sayılır.

 

 

Bu göstəricilər əsas götürülərsə, Azərbaycanda istehlak kreditlərinin həcminin yüksək olması fikri ilə razılaşmamaq olar. Lakin faktiki göstəricilər nəzərə alındığında görürük ki, ölkəmizdə istehlak kreditlərinin payı yüksəkdir. Danimarkada cəmi kreditlərin 12 faizi, Böyük Britaniyada 10 faizi, Fransada 14 faizi, İsveçdə 15 faizi, Türkiyədə 11,5 faizi, Yaponiyada 4 faizi istehlak kreditidir.

 

 

Adıçəkilən ölkələrlə müqayisədə Azərbaycanda istehlak kreditlərinin payı yüksəkdir.

 

Bu baxımdan ölkəmizdə istehlak kreditlərinin payının daha da azaldılması zəruridir. Çünki ölkəmizdə istehlak məqsədilə götürülən kreditlər əsasən məişət avadanlıqlarının, elektron avadanlıqların və avtomobillərin alışı üçün istifadə edildiyindən istehlak kreditləri idxalı artırır. İnkişaf etmiş ölkələrdə əksinə, yerli istehsal çeşidi yaxşı olduğundan, istehlak kreditlərinin artması biznesi inkişaf etdirir.

 

Hazırda xarici ölkələrdə ipoteka kreditlərinin həcminin yüksək olması narahatçılıq yaradır. 2008-ci ildə ABŞ-da ipoteka kreditlərinin həcminin yüksəlməsi maliyyə böhranına səbəb olmuşdu. Danimarkada cəmi kreditlərin 35 faizi, Böyük Britaniyada 57 faizi, Fransada 35 faizi, İsveçdə 47 faizi ipoteka kreditləridir.

 

 

Azərbaycanda ipoteka kreditlərinin cəmi kreditlərdə payı 14,7 faizdir. 2019-ci ilin sonu ilə müqayisədə ipoteka kreditlərinin payı 12 faiz idi.

 

Dünyada kredit sahələri üzrə təsnifləşdirmədə ipoteka kreditləri istehlak kreditlərinə aid edilmir. Ölkəmizdə istehlak və ipoteka kreditlərinin payı 40 faizdir ki, bu da inkişaf etmiş ölkələrdəki səviyyədədir.

 

 

Vasif

Sfera.az

 

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man