SOCAR və BP-nin Türkiyədə yeni neft-kimya kompleksinin inşasına ilin sonunda başlana bilər

İqtisadiyyat 11 Mart 2020 | 15:05
OXUNUB: 3661
 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) BP şirkəti ilə birgə Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin (Merkuri layihəsi) inşasına 2020-ci ilin sonu və ya 2021-ci ilin əvvəlində başlanıla bilər.

Sfera.az  xəbər verir ki, bu barədə "STAR Rafineri A.Ş”nin baş direktoru Mesut İlter "Anadolu” agentliyinə bildirib.

"Hazırda layihə üzrə qiymətləndirmə və mühəndislik işləri həyata keçirilir. Yeni neft-kimya layihəsinin investisiya dəyərinin, təxminən, 1,8 mlrd. ABŞ dolları olacağı ehtimal olunur. SOCAR-ın Türkiyədəki bütün investisiyalarına nəzər salsaq, əsasən idxalın daha çox olduğu sahələrə yönəldiyini görərik. Bu layihənin də təməlində o strategiya var. Bu neft-kimya kompleksinin fəaliyyəti ilə Türkiyədə saflaşdırılmış tereftal turşusu (PTA) idxalı dayandırılacaq. Hazırda Türkiyənin neft-kimya məhsullarına tələbatının təxminən 18%-ni "Petkim” təmin edir. Yeni neft-kimya kompleksinin istismara verilməsi ilə bu göstərici 40%-ə yüksələcək”,- deyə M.İlter qeyd edib.

Onun sözlərinə görə, yeni neft-kimya kompleksinin 2024-cü ildə istismara verilməsi hədəflənir.

Xatırladaq ki, SOCAR ilə BP 2018-ci il dekabrın 20-də Türkiyədə dünyamiqyaslı neft kimya kompleksinin inşası və idarə olunması üçün birgə müəssisə yaratmaq planının dəyərləndirmə prinsiplərinə dair müqavilə imzalayıb. Bu layihə ildə 1,25 mln. ton saflaşdırılmış tereftal turşusu, 840 min ton paraksilol (PX), 340 min ton benzol istehsal edəcək kompleksin inşasını nəzərdə tutur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man