Gürcüstan gimnastı: "Bakıda özümü evdəki kimi hiss edirəm"

İdman 03 Fevral 2020 | 18:45
OXUNUB: 2342

Mən Milli Gimnastika Arenasında yaradılan məşq imkanına görə Azərbaycan Gimnastika Federasiyasına minnətdaram.

Sfera.az bildirir ki, bunu trend-ə Bakıda təlim-məşq toplanışlarında iştirak edən Gürcüstan gimnastı Salome Pajava deyib.

O, Bakıda özünü rahat hiss etdiyini bildirib:

"Bakıda özümü evdəki kimi hiss edirəm. Tezliklə yeni mövsüm başlayır. Gələn həftə Moskva Qran-prisi keçiriləcək. Azərbaycanda mənə bu və digər yarışlara yüksək səviyyədə hazırlaşmağım üçün imkan yaradıblar. Məni qarşıda 2020-ci il Olimpiya oyunları üçün lisenziya xarakteri daşıyan yarışlar gözləyir. Ona görə də mənə bu cür gözəl şərait yaratdığı üçün Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirəm".

S.Pajava Azərbaycan gimnastlarının yüksək hazırlıq səviyyəsini də qeyd edib:

 

"Biz azərbaycanlı gimnastlarla tez-tez qarşılaşırıq, onlar ciddi rəqiblərdir. Mən qızları ötən il dünya çempionatında uğurlu çıxışları münasibətilə təbrik edirəm".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man