"Qarabağ" UEFA reytinqində bu klubları qabaqladı

İdman 13 Dekabr 2019 | 11:40
OXUNUB: 1783
 

Avrokubokların qrup mərhələsi başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.

Sfera.az bildirir ki, siyahıda 55 ölkəni təmsil edən 421 komanda yer alıb.

Qrup mərhələsinin sonuncu – VI turunun matçları cədvəldə bəzi dəyişikliklərə səbəb olub. Azərbaycanın ən yaxşı təmsilçisi "Qarabağ” 71-ci pillənin şərikləri arasında qalıb.

 

"Düdelanj”la 1:1 hesablı heç-heçə Ağdam klubunun aktivinə 1 xal qazandırıb. Nəticədə Qurban Qurbanovun yetirmələrinin hesabı 21,000-a çatıb.

Bu, Rumıniyanın "Styaua” klubunu (20,500) keçmək, Yunanıstan PAOK-una (21,000) çatmaq imkanı verib. Əvəzində bunadək "Qarabağ”a şərik olan "Partizan”la (Serbiya) "Malmö” (İsveç) aktivini 22,000-a çatdıraraq ağdamlıları arxada qoyub.

Digər Azərbaycan klublarına gəlincə, "Qəbələ” 7,500 xalla 144-cü, "Neftçi”, "Səbail”, "Keşlə”, "Zirə”, "Kəpəz” 3,750 xalla 274-cü yerə şərikdir.

Qeyd edək ki, siyahıya İspaniya "Real”ı başçılıq edir – 134,000.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man