Azərbaycanlı döyüşçü “Bellator”da debüt edib, “Şoumen”i məğlub etdi - VİDEO

İdman 15 Noyabr 2019 | 13:20
OXUNUB: 1717

İsrailin paytaxtı Təl-Əvivdə "Bellator 234” döyüş gecəsi baş tutub.

Sfera.az-ın xəbərinə görə, UFC-dən sonra ikinci mötəbər MMA yarışı sayılan "Bellator”da iki azərbaycanlı döyüşçü debüt edib.

Vüqar Kərəmov bu sınaqdan üzüağ çıxıb. O, birinci raundda "Şoumen” ləqəbli braziliyalı Qustavo Vurlitseri döyərək məğlub edib. 


Bu, Vüqarın MMA-da 14-cü qələbəsi olub. O, ardıcıl 10-cu görüşdə yenilməzliyini qoruyub-saxlayıb.

Ukrayna adından çıxış edən digər azərbaycanlı Zəka Fətullazadə isə birinci raundda "anakonda” boğulma fəndi ilə yerli idmançı Aviv Qozaliyə uduzub.

Qeyd edək ki, gecənin əsas döyüşündə 39 yaşlı rusiyalı Sergey Xaritonovla ingiltərəli Linton Vasel arasında baş tutub. 36 yaşlı Vasel təcrübəli həmkarını ikinci raundda yumruqla döyərək təslim olmağa vadar edib. (oxu.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man