Çin 2021-ci ildə keçiriləcək klublararası dünya çempionatı üçün yeganə namizəd olacaq.
Sfera.az xəbər verir ki, FIFA yalnız bu ölkənin mundiala ev sahibliyi etmək hüququnu nəzərdən keçirəcək. Bildirilir ki, məsələ qurumun oktyabrın 24-də Çinin Şanxay şəhərindəki iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, 2019 və 2020-ci illərdə klublararası dünya çempionatı Qətərdə olacaq. Mövcud qaydalara əsasən, turnirdə 7 klub iştirak edir. 2021-ci ildən etibarən isə 24 komanda mundialda iştirak edəcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man