Tofiq Musayev Yaponiyada avstraliyalı rəqibini nokauta saldı - VİDEO - FOTO

İdman 12 Oktyabr 2019 | 14:45
OXUNUB: 9403
 

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev ardıcıl 12-ci qələbəsini qazanıb.

Sfera.az xəbər verir ki, o, Yaponiyanın Rizin Döyüş Federasiyasının təşkil etdiyi "Rizin-19” Qran-Prisində avstraliyalı Damyen Braunla qarşılaşıb.

Osaka şəhərində rinqdə keçirilən döyüşdə idmançımız elə birinci raundda rəqibini məğlub edib. O, 4 dəqiqə 14 saniyəyə rəqibini küncə sıxışdıraraq sağ və sol yumruq zərbələri ilə yerə sərib.

 

Beləcə, hakim görüşü dayandıraraq qələbəni Tofiqə verib. Bu, 29 yaşlı Tofiq Musayevin 19 görüşdə 16-cı qələbəsi olub. 34 yaşlı Damyen Braun isə 32-ci döyüşündə 13-cü məğlubiyyəti ilə üzləşib.

Qeyd edək ki, Tofiq Musayevə bu qələbəyə görə kubok verilib. O isə ingiliscə çıxış edərək təşkilatçı ölkə Yaponiyaya təşəkkür edib.



(oxu.az)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man