Bakıda sərxoş sürücü avtomobilini şərab mağazasına çırpıb - VİDEO

Yol qəzaları 08 Fevral 2020 | 08:30
OXUNUB: 764

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı mağazaya külli miqdarda ziyan dəyib. Avtosfer.az APA-ya istinadən xəbər veirir ki, Maqbet Bəşirov idarə etdiyi "VAZ 21015" markalı avtomobillə Tbilisi prospektində Yol Patrul Xidmətinin saxla əmrinə tabe olmayıb. O, yüksək sürətlə hərəkətdə olan zaman Rəşad Əliyevin idarə etdiyi "İnfiniti" markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan "VAZ 21015" Həsən Əliyev küçəsində yerləşən şərab evinə girib. Bundan sonra M.Bəşirov polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb. Mağaza sahibi Həsən Hüseynov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, təxminən obyektə 20 min manat ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man