BŞBPİ-dən "Qarabağ"-APOEL oyunu ilə bağlı açıqlama

İdman 14 Avqust 2019 | 11:11
OXUNUB: 1720
 

"Sosial şəbəkələrdə və bəzi idman informasiya saytlarında Bakıda keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üzrə keçirilən oyun zamanı azerkeşlərin rəqib komandaya hücum çəkməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil".

Sferaşaz-ın xəbərinə görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, oyun yüksək təhlükəsizlik şəraitində başa çatıb, heç bir neqativ hal baş verməyib: "Digər xarici ölkədə keçirilən oyun zamanı baş verən insidenti dünənki oyuna "transformasiya” etmək cəhdi ictimai fikri çaşdırmaq məqsədi daşıyır.

Qəti olaraq bildiririk ki, Bakıda keçirilən oyun zamanı Ermənistan bayrağı dalğalandırılmayıb, bununla hər hansı fakt qeydə alınmayıb. Əgər varsa, Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunmasını tövsiyyə edirik.

Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur. Polis orqanları ilə heç bir dəqiqləşdirmə aparamdan, əsassız yazılıb, iddialar dezinformasiyadır.

Mətbuat nümayəndələrinə tövsiyə olunur ki, həqiqətə uyğun olmayan məlumatların yayılmaması və bu kimi halların gələcəkdə təkrarlanmaması məqsədilə həmin məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man