Lionel Messi 3 aylıq diskvalifikasiya olunub

İdman 03 Avqust 2019 | 11:21
OXUNUB: 2575
 Argentina milli komandasının və İspaniya "Barselona”sının futbolçusu Lionel Messi cəzalandırılıb.

APA-nın məlumatına görə, məşhur hücumçu yığmadan üç aylıq kənarlaşdırılıb.

Bu barədə qərarı Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) verib. Cəza müddəti qərar verildiyi gündən hesablanır. Öncədən 1 oyunluq cəza və 1,5 min dollar cərimə alan hücumçu ilə bağlı daha sərt qərar verilib.

Bu isə o deməkdir ki, 32 yaşlı forvard noyabrın əvvəlinə qədər Argentina yığmasının yoxlama və rəsmi matçlarından kənar qalacaq. O, Çili, Meksika və Almaniya ilə yoldaşlıq görüşlərini, həmçinin DÇ-2022-nin seçmə mərhələsinin ilk matçını buraxacaq.

L.Messi 50 min dollar cərimə də ödəməlidir. Futbolçu 7 gün ərzində apelyasiya verə bilər.

Qeyd edək ki, argentinalı Amerika kubokunun Braziliya ilə yarımfinal oyunundan sonra hakimləri və KONMEBOL-u sərt tənqid edib, bürünc medal uğrunda görüşdən sonra mükafatlandırma mərasiminə qatılmayıb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man