Azərbaycanın üç yunan-Roma güləşçisi "Minsk-2019" II Avropa Oyunlarında 1/8 final görüşünü keçirib.
87 kq çəki dərəcəsində İslam Abbasov serbiyalı Nikolay Dobrevlə qarşılaşıb. 8:0 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi 1/4 finala yüksəlib. Növbəti mərhələdə onun rəqibi macarıstanlı Viktor Lurinczlə olacaq.
Orxan Nuriyev (97 kq) isə Avstriya təmsilçisi Daniel Qastla uduzub - 2:7.
Sabah Şəriəti (130 kq) xorvatiyalı Ante Milkoviçi 3:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda Gürcüstan təmsilçisi Yakob Kacaya ilə qarşılaşacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man