İlklər, rekordlar, antirekordlar: "Liverpul" - "Barselona" matçından sonra

İdman 08 May 2019 | 14:20
OXUNUB: 2614
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Barselona"nın qapısından 4 cavabsız top keçirən "Liverpul" ilk finalçı olub. Bu qarşılaşma bəzi maraqlı statistik göstəriciləri ortaya çıxarıb.

"Qırmızılar" bununla 9-cu dəfə finala çıxmağa nail olub. Ona qədər isə cəmi 3 komanda 9 və daha çox ÇL finalı görmüşdü. Bunlar "Real" (16 dəfə), "Milan" (11) və "Bavariya"dı (10). İngiltərə nəhəngi indiyəqədərki 8 finalın 5-də (1977, 1978, 1981, 1984, 2005) kuboku muzeyinə aparmağı bacarıb.

"Liverpul" həmçinin yarımfinal mərhələsinin ilk oyununda böyük hesabla məğlub olmasına baxmayaraq, finala adlamağı bacaran 3-cü klubdu. İndiyə qədər yalnız "Barselona" (1985-86) və "Panatinaikos" (1970-71) bunu edə bilmişdi. "Barselona" "Göteborq"a 0:3 hesablı yenilginin əvəzini cavab görüşündə çıxmış və penaltilər seriyası ilə qalib gəlmişdi. "Panatinaikos" isə "Srvena Zvezda"ya birinci matçda 1:4 hesabı ilə uduzub, cavab görüşündə öz meydanında 3:0 hesablı qələbə sayəsində finala adlayıb.

Dünənki qarşılaşmanın qəhrəmanı olan Corcino Veynaldum eyni zamanda ilkə imza atıb. Fasilədən sonra meydana daxil olan yarımmüdafiəçi 54 və 56-cı dəqiqələrdə dubl edib. Hollandiyalı yarımfinal mərhələlərində əvəzləmədən sonra 2 qol vuran ilk oyunçu kimi ÇL tarixinə düşüb.

6 ildən sonra ilk dəfə Lionel Messi və Kriştianu Ronaldo olmadan final görüşü keçiriləcək. Axırıncı dəfə 2013-cü ildə Almaniya finalı ("Bavariya" - "Borussiya" Dortmund - 2:1) zamanı adıçəkilən superulduzların komandası final üzü görməyib. Ondan sonra Ronaldo 4, Messi isə 1 dəfə finalda mübarizə aparıb.

"Barselona"nın Çempionlar Liqasının pley-off mərhələlərində uğursuz çıxışı davam edir. Kataloniya klubu 2016-17 mövsümündən bəri qrup mərhələsindən sonra cəmi 1 səfər qələbəsi qazanıb. 2 dəfə bərabərə qalıb, 4 dəfə məğlub olan ispanlar 2 qol vurub, 15-ni buraxıb.

"Barsa" Avrokubok tarixində 6-cı dəfə 4 qollu məğlubiyyətə düçar olub. Dünənə qədər sonuncu dəfə 2016-17 mövsümündə PSJ kataloniyalıları 4 dəfə mərkəzə dəvət etmişdi.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man