Ulduz futbolçuların sosial mediadakı izləyici yarışı meydandakı mübarizələri qədər maraq doğurur. "Result sports" dünyada ən çox izləyicisi olan futbolçuların siyahısını dərc edib.
"Yuventus"un hücumçusu Kriştianu Ronaldo bu yarışda rəqibsizdi. O, feysbuk, tvitter və instaqram hesablarında ümumilikdə 363 milyon izləyiciyə malikdi. Portuqaliyalı superulduz ən yaxın izləyicisi olan PSJ-li Neymarı xeyli qabaqlayır. "Barselona"nın kapitanı Lionel Messi isə ilk "3-lüy"ü bölüşür.