Türkiyə Superliqası: “Qalatasaray” “Yeni Malatyaspor”u darmadağın edib

İdman 07 Aprel 2019 | 12:38
OXUNUB: 5249
Aprelin 6-da futbol üzrə Türkiyə Superliqasının XXVII turu çərçivəsində keçirilən oyunda "Qalatasaray” doğma meydanda "Yeni Malatyaspor”u qəbul edib.

 "Türk Telekom Arena”da baş tutan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Oyunun 45-ci dəqiqəsində "Qalatasaray”ın hücumçusu Mbaye Diaqne hesabı açıb. Mbaye Diaqne 50-ci dəqiqədə Əmrə Akbabanın ötürməsini dəqiq yerinə yetirməklə özünün və komandasının ikinci qolunu da vurub. Mbaye Diaqne 89-cu dəqiqədə het-trikini və komandasının qələbəsini rəsmiləşdirib. Bu qol qonaqların bütün ümidlərini puç edib. Görüş 3:0 hesabla bitib.

Bu oyundan sonra "Qalatasaray” turnir cədvəlində 55 xalla 2-ci pillədəki yerini qoruyub. Malatya təmsilçisi isə 37 xalla 5-ci olub.

Günün digər qarşılaşmasında "Alanyaspor" doğma meydanda "Bursaspor"u minimal hesabla (1:0) məğlub edib. "Kayserispor" isə səfərdə 3:1 hesabla "Sivasspor" üzərində qələbəsini rəsmiləşdirib.

Türkiyə Superliqasında XXVII turun digər oyunları aprelin 7 və 8-də keçiriləcək.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man