Məşhur futbolçunun acı həyatı: "Atam bütün pulunu xərcləyərək..."

İdman 01 Aprel 2019 | 13:46
OXUNUB: 7327
Mövsümün əvvəlində "Uatford"dan "Everton"a transfer olunan Riçarlison şəxsi həyatı ilə bağlı danışıb.

21 yaşlı braziliyalı forvard çox kasıb ailədə böyüdüyünü bildirib:

"Xadimə işləyən kasıb ailədə doğulmuşam. 5 uşaqlı ailənin ən balacası idim. Bir gün atam bütün pulunu xərcləyərək mənə 10 top aldı. Futbolçu olmağımı istəyirdi. Çox çalışdım, çox əziyyət çəkdim. Hər şey həyatımın məşqçisi Velaskonun gəlişi işlə dəyişdi. Onun mənə 17 yaşımda aldığı butsu unuda bilmirəm. Həyatımda ilk dəfə təzə butsa sahib olmuşdum".

Riçarlison bildirib ki, əmisinin evindəki kiçik televizorda izlədiyi Premyer Liqada oynamaq ən böyük arzusu olub.

Qeyd edək ki, tam adı Riçarlison de Andrade olan futbolçu 2017-ci ilin yayında Braziliyanın "Fluminense" klubundan 12,4 milyon avroya "Uatford"a transfer olunub. Cəmi bir il sonra "Everton" onu 39,2 milyon avroya heyətinə qatıb. 21 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 32 rəsmi oyunda 13 qol vurub və 2 məhsuldar ötürmə edib.Fanat.Az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man