Fransanın PSJ klubunda yeni müqavilə gerçəkləşib.
Paris klubu Fransada doğulan türkiyəli futbolçu Matehan Güclü ilə 2022-ci ilin yayına kimi müqavilə imzalayıb.
Qeyd edək ki, 19 yaşlı hücumçu PSJ-nin B komandasında 16 oyuna 11 qol vurub. Güclü Türkiyənin U-19 millisinin üzvüdür.