Dino Ndlovunu "Qarabağ"a qayıtmaq fikrindən kim daşındırıb?

İdman 05 Fevral 2019 | 09:38
OXUNUB: 2732
"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovunun karyerasını yenidən ölkəmizdə davam etdirmək variantı yaranıb. Bu barədə Cənubi Afrika Respublikası (CAR) mətbuatı məlumat yayıb.

Bildirilir ki, 29 yaşlı forvard əvvəlcə hazırkı klubu "Çjetsyan Qrintaun"u tərk etmək fikrinə düşüb. Buna səbəb komandanın Çinin I liqasından Super Liqaya vəsiqə qazanmaması olub. Belə ki, mövsümü üçüncü pillədə başa vuran Hançjou təmsilçisinin elitaya vəsiqə üçün cəmi 2 xalı çatmayıb. Dino isə keçirdiyi 24 matçda 19 qola imza ataraq, bombardirlər yarışında 5-ci yeri tutub. Forvard mövsüm ərzində zədə ucbatından 3 oyunu buraxmalı olub.

Yenidən Avropada oynamaq və avrokubok həyəcanı yaşamaq istəyən Ndlovu "Qarabağ"a qayıtmaq istəsə də, sonradan bu fikrindən daşınıb. Məsələ burasındadı ki, "Çjetsyan Qrintaun" rəhbərliyi onu qalmağa razı sala bilib. Maaşının da artırılması hücumçunun qərarına təsir edib.

CAR millisinin üzvü açıqlamasında daha bir il komandada qalacağını və hədəflərinin Super Liqaya vəsiqə qazanmaq olduğunu söyləyib.

Qeyd edək ki, Dino Ndlovunun "Çjetsyan Qrintaun"la müqavilə müddəti bu ilin sonuna qədərdi. Çinin I liqasında yeni mövsüm martın 9-da start götürəcək və noyabrın 2-nə qədər davam edəcək.Matc

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man