Yarışlardan kənarlaşdırılan Həbib: "Bunlar bitəndə, məni oyadın"

İdman 30 Yanvar 2019 | 09:37
OXUNUB: 3024

UFC çempionu Həbib Nurməhəmmədov ABŞ-ın Nevada ştatının atletika komissiyasının qərarına münasibət bildirib.

Rusiyalı idmançı komissiyanın onu doqquz ay müddətinə yarışlardan kənarlaşdırmaq və 500 min dollar cərimə ödətdirmək qərarına özünün Instaqram səhifəsində yazdığı cümlə ilə reaksiya verib.

"Bütün bunlar bitəndə, məni oyadın”, - deyə Nurməhəmmədov yazıb.

 

Qeyd edək ki, Nurməhəmmədovun yarışlardan uzaqlaşdırılmasına UFC 229 turniri zamanı irlandiyalı Konor Makqreqor üzərində qələbədən sonra saldığı dava səbəb olub.

Əlavə edək ki, komissiya Makqreqoru da cəzalandırıb. İrlandiyalı idmançı kütləvi davada iştiraka görə altı ay müddətinə yarışlardan kənarlaşdırılıb və 50 min dollar məbləğində cərimələnib.

Oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man