Ronaldu 200 fərqli komandaya qol vuran ilk futbolçu oldu

İdman 25 Noyabr 2024 | 11:11
OXUNUB: 741

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu 200 fərqli komandaya qol vuran ilk oyunçu olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.

 

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən 39 yaşlı hücumçu buna "Əl-Qadisiya"ya uduzduqları (1:2) çempionatın XI turunun matçında fərqlənməklə nail olub.

 

Təcrübəli forvard 152 kluba, 48 milliyə qol vurmağı bacarıb. O, ümumilikdə 270 (198 klub, 72 yığma) komandaya qarşı oynayıb .

 

Qeyd edək ki, Ronaldunun ən çox qol vurduğu klub İspaniya təmsilçisi "Sevilya"dır (27 qol). O, Lüksemburq millisinin qapısından isə 11 top keçirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man