"Barselona" transfer bazarında yeni hədəfini müəyyənləşdirib

İdman 15 Noyabr 2024 | 22:20
OXUNUB: 4972

İspaniyanın “Barselona” klubu İtaliyanın “Napoli” klubunun gürcü futbolçusu Xviçi Kvaratsxeliyanı almaqda maraqlıdır. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Championship” La Repubblica-ya istinadən məlumat yayıb.

 

Mənbə iddia edib ki, kataloniyalılar 23 yaşlı hücumçunun transferi üçün 80 milyon avroya qədər ödəməyə hazırdır. Kvaratsxeliyanın "Napoli" ilə hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir.

 

İtaliya çempionatının cari mövsümündə futbolçu 12 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

2024-cü ilin yayında Kvaratsxeliya Gürcüstan millisi ilə birlikdə 2024-cü il Avropa çempionatında mübarizə aparıb. Komanda turnirin 1/8 finalında İspaniya millisinə uduzub - bu görüş 1:4 hesabı ilə başa çatıb. 18-ci dəqiqədə ispaniyalı Robin Le Normant topu öz qapısına çatdırıb. Rodri matçda tarazlığı 39-cu dəqiqədə bərpa edib. İkinci hissədə İspaniya millisinin heyətində Fabian Ruiz , Niko Uilyams və Dani Olmo fərqlənib.

 

İnci

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man