“Nürnberq”in baş məşqçisi Mahirdən narazıdır: "Yaxşı oynamır, çevik deyil"

İdman 05 Noyabr 2024 | 10:55
OXUNUB: 1779

Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze futbolçusu, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxışı ilə bağlı fikirlərini bildirib. 

 

Sfera.az “Sport Bild” nəşrinə istinadən xəbər verir ki, o, II Bundesliqanın XI turunda “Hamburq”a qarşı keçirilən matçda futbolçunun oyununu dəyərləndirib. 

 

Mütəxəssis 27 yaşlı hücumçudan razı qalmadığını söyləyib: “Fikrimcə, Mahir Emreli o qədər də yaxşı oynamadı. Topla yetərincə çalışmadı və kifayət qədər çevik deyildi”.

 

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb, “Nürnberq”in yeganə qoluna 63-cü dəqiqədə Mahir Emreli imza atıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man