“Qarabağ” – “Şamaxı” matçındakı qalmaqallı hakim qərarları - VİDEO

İdman 28 Oktyabr 2024 | 13:05
OXUNUB: 12705

Azərbaycan Premyer Liqasının 11-ci turunda keçirilən “Qarabağ” – “Şamaxı” matçında hakimlərin qalmaqallı qərarları müzakirə mövzusu olub.

 

Sfera.az xəbər verir ki, matçın 48-ci dəqiqəsində matçın baş hakimi Cavid Cəlilov qonaqların qapısına penalti təyin edib. 

 

O, şamaxılıların müdafiəçisi Adil Nağıyevin Aleksey Kaşuka qarşı kobud oynadığını bildirərək 11 metrlik nöqtəni göstərib. Lakin epizodun təkrarında hakimin şübhəli qərar verdiyi görünür. 

 

Cavid Cəlilov zədələnib meydanı tərk etdikdən sonra onu Nicat İsmayıllı əvəzləyib. N.İsmayıllı da 87-ci dəqiqədə qalmaqallı qərarı ilə gündəmə gəlib. Belə ki, “Qarabağ”ın futbolçusu Aleksey İsayev rəqib oyunçu Belajdi Pusiyə qarşı kobud oynadıqdan sonra hakim meydan sahiblərinin oyunçusuna sarı vərəqə göstərir. Bu qərar da müzakirə mövzusuna çevrilib. Həmin epizodda qırmızı vərəqənin verilməməsi gündəmə çevrilib. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man