AAF prezidenti Avropa Atletikasının Konvensiyasında iştirak edir

İdman 26 Oktyabr 2024 | 15:22
OXUNUB: 4568

Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Cavid Qurbanov Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropa Atletikasının Konvensiyasında iştirak edir.

 

Sfera.az xəbər verir ki, tədbirdə federasiya rəhbəri ilə yanaşı baş katib Məhərrəm Sultanzadə, beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov və mütəxəssis Brandon İsakov da yer alır.

 

Tədbirin ilk günündə işçi qrupların görüşləri keçirilib və müxtəlif aktual mövzularda müzakirələr aparılıb. Bu gün isə üzv federasiyaların rəhbərlərinin forumu baş tutub. Burada il ərzində görülən işlər barədə hesabatlar dinlənilib, həmçinin Avropa Atletikasının gələcək hədəfləri haqda fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, yığıncağa ilin ən yaxşı Avropa atletlərinin təltif olunacağı “Golden Tracks” mükafatlandırma mərasimi ilə yekun vurulacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man