AFFA 3 klubu cəzalandırdı

İdman 23 Oktyabr 2024 | 15:05
OXUNUB: 5897

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət verilib.

 

“Neftçi” – “Səbail” matçının 81-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Edvin Kuç rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. O, 1 oyun cəzalanıb. Klub 1000 manat cərimə edilib. Bu görüşün fasiləsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” 800 manat ziyana düşüb.

 

“Zirə” – “Sabah” matçının 45+4-cü dəqiqəsində qonaqların köməkçi məşqçisi Saşa Sablyak oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Çalışdırıcı 1-i şərti olmaqla 2 oyun cəzalanıb. Klub 1000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

 

“Sumqayıt” – “Turan Tovuz” görüşünün 2-ci hissəsinin startı qonaqlar meydançaya gec çıxdığına görə yubanıb. Buna görə “Turan Tovuz” 1500 manat ödəməli olacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man