Niderlandlı futbolçu: "Qarabağ" Azərbaycanın "Ayaks"ıdır"

İdman 23 Oktyabr 2024 | 10:49
OXUNUB: 2943

"Qarabağ" Azərbaycanın "Ayaks"ıdır.

 

Sfera.az-ın məlumatına görə, bunu hər iki klubda çıxış etmiş niderlandlı futbolçu Raydell Pupon Amsterdan təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.

 

Hazırda ölkəsinin DWS həvəskar komandasının formasını geyinən 37 yaşlı vinger komandaların Avropa Liqasında gerçəkləşəcək oyunu barədə danışıb:

 

"Bu qarşılaşmada "Ayaks"ın qələbə qazanacağını gözləyirəm. "Qarabağ" ölkənin ən titullu komandasıdır. Mənim dövrümdəki baş məşqçi hələ də oradadır. Qurban Qurbanov klubda böyük fiqurdur".

 

O, Ağdam təmsilçisinə keçidini də xatırlayıb:

 

"Uzun müddət Niderlandda çıxış edirdim. Fərqli bir şeyə hazır idim. 2015-ci ildə "Qarabağ" "qapını döydü". Amma klub haqqında heç nə bilmirdim. Onlar Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edirdilər. Getməyimin əsl səbəbi bu idi. Bakı gözəl şəhərdir, Dubaya bənzəyir. Böyük binalar var və o qədər də isti deyil. Orada insanlar rus və türk dillərində də danışırlar. Mənim isə hər zaman tərcüməçim olurdu".

 

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Raydell Pupon 2015-ci ilin yayından 2016-cı ilin yanvarına qədər "köhlən atlar"da çıxış edib. O, 2004-2006-cı illərdə "Ayaks"ın aşağı yaş qruplarından ibarət komandalarında, 2006-2008-ci illərdə isə əsas heyətində yer alıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man