"Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib

İdman 20 Oktyabr 2024 | 23:25
OXUNUB: 3199

Azərbaycan Premyer Liqasının X turunun bağlanış oyununda "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib.

 

Sfera.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda qonaq komanda 4:2 hesablı qələbəyə sevinib.

 

Görüşdə hesabı 16-cı dəqiqədə qərb təmsilçisindən Alexandro Serrano açıb. 25-ci dəqiqədə Otto Con qonaqların üstünlüyünü iki topa çatdırıb. 1 dəqiqə sonra isə tovuzlular Veysəl Rzayevin sayəsində üçüncü qolu vurub. Meydan sahibləri 32-ci dəqiqədə Nikola Vuynoviçin dəqiq zərbəsi sayəsində fərqi azaltsa da, 78-ci dəqiqədə adını tabloya yazdıran Aleks Souza "Turan Tovuz" növbəti qolunu vurub. Yekun hesabı isə "gənclik şəhəri" təmsilçisinin heyətində 87-ci dəqiqədə rəqib torunu silkələyən Kamran Quliyev təyin edib.

 

Bu qələbə sayəsində Kurban Berdıyevin rəhbərlik etdiyi klub xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində 2-ci sıraya yüksəlib. "Sumqayıt" isə 7 xalla 9-cu pilləfə qalıb.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Kəpəz"i 5:0, "Araz-Naxçıvan" "Şamaxı"nı 1:0, "Neftçi" isə "Səbail"i 3:1 hesabı ilə məğlub edib. "Zirə" - "Sabah" qarşılaşması 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man