Türkiyə Superliqası: "Qalatasaray" üç xalı üç qolla qazandı

İdman 19 Oktyabr 2024 | 23:20
OXUNUB: 850

Türkiyə Superliqasının 9-cu turu çərçivəsində "Antalyaspor" "Qalatasaray"ı qəbul edib.

 

Sfera.az xəbər verir ki, Antalya stadionunda baş tutmuş matçı baş hakim Ali Sansalan idarə edib.

 

Matçda hesab erkən açılıb. 10-cu dəqiqədə argentinalı hücumçu Mauro İkardi Mertensin dəqiq ötürməsini qola çevirib. İkinci hissədə də "sarı-qırmızılar" üstünlüklərini davam etdiriblər. Belə ki, 52-ci dəqiqədə Yunus Akgünün ötürməsindən sonra 31 yaşlı İkardi dubla imza atıb. Əlavə edilmiş ikinci dəqiqədə isə nigeriyalı Viktor Osimhen matçda son nöqtəni qoyub - 0:3.

 

Beləliklə, "Qalatasaray" doqquz oyundan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. "Cimbom"un ən yaxın təqibçisi "Samsunspor"dur - 18 xal.

 

"Antalyaspor" isə cəmi səkkiz xal toplaya bilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man