Azərbaycan futbolunda son 8 mövsümün rekordu təkrarlandı

İdman 19 Oktyabr 2024 | 16:04
OXUNUB: 5091

zərbaycan futbolunda 2024/25 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

 

Sfera.az PFL-ə istinadən xəbər verir ki, bu, 2-ci Liqanın 7-ci turunda baş verib.

 

“Göygöl” öz meydanında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib. Bunadək mövsümün rekordu II Liqanın II turunun “Şimal” – “Ağdaş” matçında qeydə alınmışdı – 8:0.

 

9 topluq fərq həm də son 8 mövsümün rekordunun təkrarıdır.

 

Ötən mövsümdə 3 belə nəticə qeydə alınıb. 2-ci Liqada “Cəbrayıl” “Kürmük Qax”, “Şahdağ Qusar” “Dinamo” ilə görüşdə qonaqların qapısından 9 cavabsız top keçirib. Əvəzedicilər liqasında isə “Qəbələ-2” “Araz-Naxçıvan-2” ilə səfər matçında eyni hesaba sevinib.

Daha böyük fərqə isə sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt “Zaqatala” I divizionda “Energetik”in qapısından 10 top keçirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man