"Real Madrid" Mbappenin transferindən peşman olub

İdman 18 Oktyabr 2024 | 22:16
OXUNUB: 1593

Jurnalist Romain Molina "Real Madrid"in fransız hücumçusu Kilian Mbappenin transferindən narazı olduğunu bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb. 

“Real Madrid onu dəvət etdiyinə görə peşman oldu, zəmanət verirəm. Mənə bu barədə qeyd-şərtsiz dedilər. Onu istəyən Peres idi, o, ulduz futbolçuları sevir. Klub onun çıxışlarının səviyyəsindən narazıdır. Baxmayaraq ki, bəlkə də bu Kilianın günahı deyil”, - Molina bildirib.

 

Mbappe ilə Real Madrid arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu İspaniya nəhənginə azad agent kimi keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi Fransa PSJ-də çıxış edib.

 

Mbappe İspaniya çempionatında "Real"ın heyətində ilk qollarını "Betis"lə 4-cü tur matçında vurub. O, dubla imza atıb və Madrid klubu 2:0 hesabı ilə qalib gəlib. Sentyabrın 4-də Mbappe "Qızıl top"a namizədlər siyahısına daxil edilib.

 

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man