"Klublara can yandıran yoxdur, futbolu dövlət nəzarətə götürsün" - Razi Nurullayev

İdman 18 Oktyabr 2024 | 12:43
OXUNUB: 3690

Deputat Razi Nurullayev son günlər müzakirə obyektinə çevrilən Azərbaycan futbolunun uğursuz nəticələri ilə bağlı fikirlərini bölüşüb.

 

Sfera.az-ın məlumatına görə, millət vəkili qeyd edib ki, İngiltərə, İspaniya, İtaliya, Fransa kimi ölkələrin futboluna çatmaq üçün çox yol qət edilməlidir:

 

“Biz oradan məşqçi gətirməklə futboldakı nəticələri qaldıra bilmərik. Gərək o səviyyə futbola çataq ki, oradan məşqçi gətirək, onlarla yarışa girək. Məncə, biz qonşu Gürcüstana baxmalı, onların təcrübəsini öyrənməliyik. Çünki, onlar da eynilə bizim səviyyəmizdən indiki vəziyyətə yüksəliblər”.

 

R.Nurullayev bildirib ki, növbəti məsələ futbola dövlət dəstəyidir:

 

“Futbol istədiyimiz səviyyəyə çatana kimi dövlətin nəzarətinə verilməlidir. Fikrimcə, klublarda inkişaf əvəzinə haradan pul qazanmaq əsas düşüncədir. Hər kəs futbol üzərindən pul qazanmağa çalışır və konkret klublara təmənnasız can yandıranlar yoxdur.  Əksəriyyət mövcud resurslardan pul qazanmaq istəyir, can qoymaq, real klub yaratmaq kimi fikirlərdən uzaqdırlar.  Nə qədər ki, futbolun inkişafı ilə pul qazanmaq istəyi ən azı bərabər deyil,  o zaman futbol da olmayacaq”.

 

Türkan 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man