"Ayaks"la oyun öncəsi "Qarabağ"da İTKİ

İdman 17 Oktyabr 2024 | 16:07
OXUNUB: 2530

“Qarabağ”ın futbolçusu Mateus Silva UEFA Avropa Liqasının Liqa mərhələsində “Ayaks”la keçiriləcək oyunu buraxacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

 

Misli Premyer Liqasının 8-ci turunda “Sabah”la oyunda zədələnən braziliyalı müdafiəçi Niderland klubu ilə görüşə qədər də meydana çıxmağa hazır olmayacaq. Digər zədəlilər isə əvvəldən də bəlli olduğu kimi, qapıçılar Şahruddin Məhəmmədəliyevlə Amin Ramazanovdur.

 

Klub rəsmisi bir müddətdir zədədən əziyyət çəkən Marko Veşoviçin isə “Ayaks”la oyuna qədər sıraya dönəcəyini bildirib. Monteneqrolu müdafiəçi sabah Misli Premyer Liqasının 10-cu turunda “Kəpəz”lə keçiriləcək oyunu buraxsa da, “Ayaks”la görüşdə heyətdə olacaq.

 

Bir müddət əvvəl zədələnən Bəhlul Mustafazadə isə sıraya dönüb. Müdafiəçi "Qarabağ"ın ümumi məşqlərində iştirak edir.

 

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionundakeçiriləcək "Qarabağ" - "Ayaks" oyunu saat 20:45-də başlayacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man