Mourinyo "Barselona"nın "Messi"sini alır - Təlimat verdi

İdman 17 Oktyabr 2024 | 14:00
OXUNUB: 2648

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo "Barselona"nın klubdan göndərmək istədiyi Ansu Fatinin transfer edilməsi üçün təlimat verib.

 

Sfera.az xəbər verir ki, "Fənərbaxça"mövsümün fasiləsində hücumçunu heyətinə cəlb etmək istəyir. AS qəzetinin xəbərinə görə, “Fənərbaxça”nın İdman Direktoru Mario Branko İspaniyaya gedərək Ansu Fatinin nümayəndələri ilə görüşəcək. “Fənərbaxça” Ansu Fatiyə Türkiyədə müntəzəm oynamaq şansı vəd edərək, onu razı sala bilər.

 

Qeyd edək ki, Ansu Fati Premyer Liqada "Brighton"da bir illik icarə əsasında oynayandan sonra bu mövsüm Kataloniya komandasına qayıdıb. Bir vaxtlar Lionel Messinin varisi kimi təqdim edilən cinah oyunçusu indi oyun şansı tapmaqda çətinlik çəkir və buna görə də klubu tamamilə tərk edə bilər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man